Bu tarixlərdə meteor yağışı olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
5-21 sentyabr 2026-cı il tarixlərində Perseid meteor yağışı aktiv olacaq.
Milli.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.
Bildirilib ki, sentyabr ε-Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64-65 km/s-dir. Meteor yağışının mənbəyi (radiantı) Persey (Perseus) bürcündə, ε Persey ulduzunun yaxınlığında yerləşir.
Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi "109P/Swift-Tuttle" kometi olduğu halda, sentyabr ε-Perseidlərinin ana cismi hələ də dəqiq müəyyən edilməyib. Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometdən yarandığını göstərir. 2013-cü ildə müşahidə edilmiş güclü aktivlik artımının analizi də meteorların komet mənşəli olduğunu göstərib, lakin məlum kometlər arasında uyğun ana cisim aşkar edilməyib.
Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Müşahidə üçün ən əlverişli vaxt 9 sentyabr gecəsi və xüsusilə gecə yarısından sonra sübhə yaxın saatlardır. Bu zaman meteor yağışının radiantı səmada çox yüksək mövqedə yerləşəcək. Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcək. Buna görə də Ay işığı müşahidələrə demək olar ki, mane olmayacaq və bu, müşahidə şəraitini xeyli yaxşılaşdıracaq.
Meteorları izləmək üçün teleskop tələb olunmur. Meteor yağışını şəhər işıqlarından uzaq ərazidə adi gözlə müşahidə etmək və birbaşa radianta deyil, ondan təxminən 30-40° uzaqdakı səma sahəsinə baxmaq daha məqsədəuyğundur.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
“Qalatasaray”dan daha bir transfer: PSJ-nin yetirməsini aldı
-
Ərdoğan Bişkekdə Putinlə görüşündən danışdı
-
Bu tarixlərdə meteor yağışı olacaq
-
"Times Meydanı"nda bıçaqlı hücum: Polis cinayətkar qadını öldürdü - Anbaan Video
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
Françesko Totti basketbol klubunda!
XƏBƏR LENTİ
-
MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər saxlanıldı - (Video)
-
"Hürrem sultan" makiyajsız fotosunu yaydı
-
Azərbaycan vasitəsilə Ermənistana dizel yanacağı ixrac olunacaq
-
“Qalatasaray”dan daha bir transfer: PSJ-nin yetirməsini aldı
-
Rusiyada 12 il əvvəl qətl törətmiş şəxslərə 15 il həbs tələb edildi
-
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
-
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
-
Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı
-
“Çevik” ləqəbli tiktokerə hücum - Saxlanılan var
-
Acunun "Hull City”sindən transfer şousu: “Artıq yata bilərsiniz” - (Foto)
-
Lamiyə Əhmədli hovuzda boğularaq öldü
-
Bakı-Tbilisi qatarına saxta bilet satılır - (Foto)
-
Ərdoğan Bişkekdə Putinlə görüşündən danışdı
-
Bu tarixlərdə meteor yağışı olacaq
-
Dövlət qurumlarının adından edilən bu zənglərə aldanmayın - DİN
-
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - (Video/Foto)
-
"Times Meydanı"nda bıçaqlı hücum: Polis cinayətkar qadını öldürdü - Anbaan Video
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
Françesko Totti basketbol klubunda!
-
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
-
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
-
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
-
Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib





