Cəmiyyət

Dövlət qurumlarının adından edilən bu zənglərə aldanmayın - DİN

2 Sentyabr 2026 14:37
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kiberdələduzlar müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edərək bank hesablarındakı pul vəsaitlərinin təhlükəsizliyi ilə bağlı saxta məlumatlar yayırlar.

Milli.Az xəbər veirr ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, kiberdələduzlar vətəndaşları bank hesablarındakı vəsaitlərin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə pullarını digər hesablara köçürməyə inandırmağa çalışırlar.

DİN vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa çağırıb.

Vətəndaşlara şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməmək, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamaq, tanımadıqları keçidlərə daxil olmamaq, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməmək tövsiyə olunub.

Nazirlik bir daha xatırladıb ki, dövlət qurumları vətəndaşlardan telefon zəngləri, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə bank kartlarının məxfi məlumatlarını, CVV/CVC və OTP kodlarını tələb etmirlər.

Qeyd olunub ki, bu məlumatların kənar şəxslərə ötürülməsi bank hesablarındakı pul vəsaitlərinin oğurlanmasına səbəb ola bilər.

DİN kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşan vətəndaşların "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə biləcəyini bildirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.