Hadisə

Rusiyada 12 il əvvəl qətl törətmiş şəxslərə 15 il həbs tələb edildi

2 Sentyabr 2026 15:24
Baxış: 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyada 12 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elxan Xuduyev və Seymur Məmişovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Bak Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Elxan Xuduyev və Seymur Məmişovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə 16 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü ilin dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.