Kim Çen In Rusiya-Ukrayna müharibəsinin milyardlar qazanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna müharibəsi yalnız Rusiya və Ukrayna üçün deyil, dünyanın müxtəlif ölkələri üçün də ciddi geosiyasi və iqtisadi nəticələr yaradıb. Bu müharibədən ən çox qazanan tərəflərdən biri kimi isə son dövrlərdə Şimali Koreyanın lideri Kim Çen Inın adı çəkilir.
Milli.Az xəbər verir ki, Pxenyan Moskvanı silah-sursatla, ballistik raketlərlə və canlı qüvvə ilə təmin etməklə həm Rusiyaya hərbi dəstək verir, həm də öz iqtisadiyyatına və hərbi sənayesinə böyük maliyyə axını yaradır.
Dünyada tanınmış siyasi, hərbi ekspertlər artıq açıq şəkildə bildirirlər ki, Pxenyan Moskvaya milyonlarla artilleriya mərmisi, raketlər və digər hərbi vasitələr göndərir. Bunun müqabilində isə Şimali Koreyanın ərzaq, enerji, texnologiya və maliyyə baxımından mühüm imkanlar əldə etdiyi bildirilir. Şimali Koreyanın Rusiya ilə hərbi əməkdaşlığı artıq sadəcə silah alveri səviyyəsində deyil. Ukrayna müharibəsinin uzanması Kim Çen In üçün böyük fürsətə çevrilib. Şimali Koreya uzun illərdir ağır sanksiyalar altında yaşayan, iqtisadi imkanları məhdud olan ölkədir. Ukrayna müharibəsi isə Kim Çen In rejimi üçün gözlənilməz bir imkan yaradıb.
Rusiya kimi böyük hərbi gücün müharibə şəraitində davamlı sursat ehtiyacının yaranması Pxenyanın əlində olan nəhəng artilleriya arsenalını Moskva üçün xüsusilə dəyərli edib. Kim Çen In isə bu fürsəti əldən vermir.
Ekspertlər qeyd edirlər ki, Şimali Koreyanın istehsal etdiyi sovet standartlı artilleriya mərmiləri Rusiya ordusunun istifadə etdiyi silah sistemləri ilə uyğundur. Bu isə Pxenyana öz köhnə arsenalını pula, texnologiyaya və strateji güzəştlərə çevirmək imkanı verir. Ən maraqlı məqam isə odur ki, söhbət yalnız silah satışından getmir. Şimali Koreyanın Rusiya ərazisinə hərbi qulluqçular göndərməsi əməkdaşlığın tamamilə yeni mərhələyə keçdiyini göstərir. Pxenyan Ukrayna müharibəsi üçün Rusiyaya canlı qüvvə də ixrac edir. Şimali Koreyanın Rusiyaya hərbi kontingent göndərməsi Kim Çen Inın Moskva ilə münasibətlərini daha da dərinləşdirib.
Şimali Koreya əsgərlərinin, qızlardan ibarət birliklərin Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməsi Moskvanın canlı qüvvə probleminin həllinə müəyyən töhfə verir. Bunun müqabilində Pxenyanın Rusiyadan nə əldə etdiyi daha böyük strateji əhəmiyyət daşıyır. Söhbət yalnız puldan və ərzaq yardımından da getmir. Şimali Koreya xüsusilə kosmik, raket, peyk və hərbi texnologiyalar sahəsində Rusiyanın imkanlarından faydalanmağa çalışır. Bu isə Kim Çen In üçün olduqca qiymətli mübadilədir. O, Rusiyaya müharibə üçün lazım olan resursları verir, Moskva isə Şimali Koreyanın onilliklərdir əldə etməyə çalışdığı texnoloji və hərbi imkanlara çıxış yaradır. Odur ki, Kim Çen Inın Ukrayna müharibəsindən həm milyardlarla dollar qazanır, həm də Şimali Koreyanın beynəlxalq təcriddən qismən çıxmaq, texnologiyasını inkişaf etdirmək imkanları əldə edir.
Müharibə başlayana qədər Şimali Koreya üçün əsas problemlərdən biri iqtisadi təcrid və texnoloji gerilik idi. İndi isə Pxenyan Moskvanın hərbi ehtiyaclarından istifadə edərək öz hərbi-sənaye kompleksini canlandırmaq, yeni texnologiyalar əldə etmək və ordusunun imkanlarını artırmaq şansı qazanıb.
Bir sözlə, Ukrayna müharibəsi Kim Çen In üçün həm bazar, həm siyasi fürsət, həm də hərbi texnologiya mənbəyinə çevrilib. Şimali Koreya lideri üçün əsas məqsəd, böyük ehtimalla, Ukraynada kimin qalib gəlməsindən daha çox, yaranmış vəziyyətdən maksimum faydalanmaqdır./Musavat.com
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)
-
Canseverin xəstəxanadan son kadrları yayılıb - (Video)
XƏBƏR LENTİ
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
Qəzada yaralanan Tunar xəstəxanada öldü
-
Sabah çimərliklərə getmək istəyənlərin diqqətinə
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
Morgenştern yenə cərimələndi
-
Hacıqabulda 19 yaşlı qız avtomobildə öldürüldü
-
Bu “Ferrari” 40 milyon dollara alıcı tapdı
-
Vüsal Nəsirli özünə müşavir təyin etdi - (Foto)
-
Azərbaycan CNN-i məhkəməyə verdi
-
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
-
Demi Moor qızının toyundan ilk görüntüləri paylaşdı - (Foto)
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab
-
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
-
“Qalatasaray”dan yeni transfer
-
Prezident təqaüdçüləri ailə qurur
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
Röyanın gündəm olan videosu: "Səni sevirəm..."
-
“Şərurlu İsfəndiyar”: 50 milyonu itirəndə heç təsir etmədi" - (Video)
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
“Metropark”da yanğın - (Video)
-
Dənizdə batıb ölən Seymur Allahverdiyevin klipindəki görüntülər müzakirə yaratdı – (Video)
-
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)





