Dünya

ABŞ səfirliyi: "İraqı tərk edin"

11 İyun 2026 11:12
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-ın Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarını maksimum ehtiyatlı olmağa və imkan daxilində ölkəni tərk etməyə çağırıb.

Milli.Az xəbər verir ki, səfirlik Yaxın Şərqdə artan gərginlik fonunda hava məkanının qəfil bağlanma ehtimalı barədə xəbərdarlıq edib.

Bildirilib ki, bəzi əməkdaşların ölkədən çıxarılması ilə bağlı göstəriş verilsə də, ABŞ-ın İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, İraq ABŞ-ın səyahət tövsiyələri sistemində ən yüksək risk səviyyəsi olan 4-cü dərəcəli - "Səyahət etməyin" kateqoriyasında qalmaqda davam edir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.