Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-dən Karib hövzəsinə səfərə çıxan kruiz gəmisində norovirus infeksiyası aşkarlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Bildirilib ki, gəmidə 102 sərnişin və 13 heyət üzvü virusa yoluxub.
Yoluxma halları "Caribbean Princess" kruiz gəmisində qeydə alınıb. Gəmi aprelin 28-də "Fort Lauderdale" limanından yola düşərək 13 günlük Karib dənizi turuna başlayıb. Onun mayın 11-də "Port Canaveral" limanına qayıtması planlaşdırılır.
Hazırda Şimali Atlantik sularında hərəkət edən gəminin növbəti dayanacağının Puerto-Plata olacağı bildirilib.
Mərkəzin açıqlamasına əsasən, yoluxma hallarının artmasından sonra gəmidə dezinfeksiya və təcrid tədbirləri gücləndirilib. Səhiyyə rəsmiləri gəmi Florida sahillərinə çatana qədər yoluxanların sayının arta biləcəyini istisna etmirlər.
Qeyd edək ki, norovirus, əsasən, qapalı və insanların sıx toplandığı məkanlarda sürətlə yayılan yoluxucu virus hesab olunur. Xəstəlik, adətən, şiddətli qusma, ishal, qarın ağrısı və halsızlıq kimi simptomlarla müşahidə edilir.
Virusla təmasdan sonra simptomlar 12-48 saat ərzində ortaya çıxır. Uşaqlarda daha çox qusma, böyüklərdə isə ishal halları üstünlük təşkil edir. Bəzi hallarda yüngül qızdırma və yorğunluq da qeydə alınır.
Səhiyyə qurumları xüsusilə sabun və su ilə əl yumağın virusdan qorunmaq üçün ən effektiv vasitələrdən biri olduğunu vurğulayırlar. Qeyd olunur ki, norovirus bəzi spirt əsaslı dezinfeksiyaedici vasitələrə qarşı davamlı ola bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
-
"Sovet dəmiryolçuları pərdələri çəkdilər": Tramp Bakı üzərindəki UFO-ları və "Apollon"a tutulan lazeri ifşa etdi
-
Piyadanı təyyarə vurdu - FOTO
-
Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı
-
"Ölüm zonası"nda hərbçiləri robotlar əvəzləyəcək: 25.000 yerüstü....
-
Çində ağaclara sistem qoşulur - VİDEO
XƏBƏR LENTİ
-
Bakı iki gün ərzində incəsənət və yaradıcılıq mərkəzinə çevrildi - FOTO
-
“Liverpul”-“Çelsi” qarşılaşması heç-heçə başa çatıb
-
“Musiqili Nağıl Saatı” adlı proqram təqdim olunub - FOTO
-
4 mahnı oxuyub 2 milyon alacaq
-
Azərbaycan–Serbiya: mədəniyyət körpüsü - FOTO
-
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək
-
Yalandan toy xəbəri yaymasına aydınlıq gətirdi
-
Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi
-
Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
-
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
-
"Sovet dəmiryolçuları pərdələri çəkdilər": Tramp Bakı üzərindəki UFO-ları və "Apollon"a tutulan lazeri ifşa etdi
-
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
-
Piyadanı təyyarə vurdu - FOTO
-
İlham Əliyev: Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir
-
DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib - FOTO
-
İlham Əliyev: Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir
-
"El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad XƏBƏR
-
Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı
-
Mayda bu BÜRCÜLƏRİN mütləq bəxti gətirəcək
-
İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO
-
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTO
-
Bu vərdişlər infarkt riskini ARTIRIR
-
Zaqatalada iş adamını güllələyən SAXLANILDI - Yenilənib - FOTO





