Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü N.B. 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb.
Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir.
Məlumata görə, hazırda ananın və körpənin vəziyyəti qənaətbəxşdir.
Hazırda polis tərəfindən istintaq araşdırmaları aparılır.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirilib ki, bu hadisə bir daha göstərir ki, azyaşlılarla bağlı məsuliyyət məsələsinə birtərəfli yanaşmaq doğru deyil:
"Burada həm qız, həm də oğlan tərəfinin ailə mühiti, valideyn nəzarəti, məktəblə münasibəti və uşaqlar üzərində qurulan tərbiyə modeli mühüm rol oynayır. Xüsusilə də zorakılıq və hüquq pozuntusuna səbəb olan davranışların qarşısının alınmasında oğlan uşaqlarının düzgün tərbiyəsi, məsuliyyət hissinin formalaşdırılması və qadına, uşağa münasibətdə sağlam düşüncənin aşılanması vacibdir.
Uşaqların yalnız qız olduqları üçün "qorunmalı", oğlan olduqları üçün isə "sərbəst" böyüdülməsi gələcəkdə bu cür ağır nəticələrə gətirib çıxara bilir. Ailə daxilində nəzarət, məktəblə davamlı əlaqə, yeniyetmələrin davranış və münasibətlərinin vaxtında izlənməsi hər iki tərəf üçün eyni dərəcədə vacibdir.
Məsələnin hüquqi tərəfi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Amma cəmiyyət olaraq qəbul etməliyik ki, azyaşlıların həyatına təsir edən belə hadisələrin qarşısını yalnız bir tərəfi günahlandırmaqla deyil, ailə, məktəb və ümumi sosial məsuliyyəti birlikdə gücləndirməklə almaq mümkündür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
-
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi AÇIQLAMA
-
Əli Kərimliyə ağır İTKİ - FOTO
-
Boru partladı, ərazi su içində qaldı
-
Səbuhi Qasımov İspaniyada vəfat etdi
-
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həlak oldu
XƏBƏR LENTİ
-
4 mahnı oxuyub 2 milyon alacaq
-
Azərbaycan–Serbiya: mədəniyyət körpüsü - FOTO
-
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək
-
Yalandan toy xəbəri yaymasına aydınlıq gətirdi
-
Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi
-
Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
-
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
-
"Sovet dəmiryolçuları pərdələri çəkdilər": Tramp Bakı üzərindəki UFO-ları və "Apollon"a tutulan lazeri ifşa etdi
-
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
-
Piyadanı təyyarə vurdu - FOTO
-
İlham Əliyev: Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir
-
DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib - FOTO
-
İlham Əliyev: Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir
-
"El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad XƏBƏR
-
Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı
-
Mayda bu BÜRCÜLƏRİN mütləq bəxti gətirəcək
-
İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO
-
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTO
-
Bu vərdişlər infarkt riskini ARTIRIR
-
Zaqatalada iş adamını güllələyən SAXLANILDI - Yenilənib - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO
-
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi AÇIQLAMA
-
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib - FOTO





