Aİ Ermənistana yeni mülki missiya göndərir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqının Ermənistanda ikinci missiyası olacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Brüsseldə Ermənistana mülki missiya göndərilməsi barədə qərarı təsdiqləyiblər. Bildirilib ki, bu addım qərarın gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə yekun təsdiqinə yol açır.
"Azadlıq Radiosu"nun əldə etdiyi sənədə əsasən, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin təqdim etdiyi təklif missiyanın mandatını, strukturunu və müddətini müəyyən edir. Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməyə yönələcək və nazirliklərə, eləcə də təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhətlər, həmçinin dəstək verəcək. Bu məsləhətlər informasiya manipulyasiyalarının qarşısının alınması, kiberhücumların aşkarlanması və cavab verilməsi, eləcə də qanunsuz maliyyə axınlarının müəyyən edilməsi kimi sahələri əhatə edəcək.
Eyni zamanda, missiya Ermənistanın Aİ standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv aşkar edib cavab verə bilməsi üçün ölkənin təhlükəsizlik potensialının inkişafı üçün nə qədər resurs və qabiliyyətə ehtiyac olduğunu qiymətləndirəcək.
Qeyd edək ki, Aİ-nin birinci missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib və həmin missiya Ermənistanın Azərbaycanla sərhəd bölgələrində patrul aparır, onun 2027-ci il fevralın 19-dək Ermənistanda qalması nəzərdə tutulur./apa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
-
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
-
İrəvanda hərbi parad: Diqqət çəkən İran silahları - FOTO
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
XƏBƏR LENTİ
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Evinizə bu heyvanları gətirin - Rahatlıq və xoş əhval qazanacaqsınız
-
Alçadan mürəbbə necə hazırlanır? - Ev şəraitində asan resept
-
Bunu etsəniz, işıq pulu az gələcək
-
Geyimi ilə sosial medianı iki yerə böldü - FOTO
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
İtaliyada toy edəcəklər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Masazırda 8 saat işıq olmayacaq
-
PSJ yenə çempionlar çempionudur
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Komandamız bədii gimnastika üzrə 42-ci Avropa Çempionatında iştirak edir - FOTO
-
Onların qolları 8 illik həsrətə son qoydu
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
-
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
-
İrəvanda hərbi parad: Diqqət çəkən İran silahları - FOTO
-
"Arsenal"dan final antirekordu
-
"Tastewashing" nədir?
-
Naxçıvanda selə düşən şəxs xilas edilib - VİDEO
-
"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO
-
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama





