Dünya

Epşteyn sənədlərində yeni sirr ortaya çıxdı

9 Fevral 2026 13:04
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan yeni sənədlərə görə, məşhur milyarder və məhkum edilmiş pedofil Ceffri Epşteyn 2018-ci ildə təxminən 330 gallon (təxminən 1250 litr) sulfat turşusu alıb

Milli.Az xəbər verir ki, alış sənədlərdə kommersiya əməliyyatı kimi qeyd olunub, lakin turşunun hansı məqsədlə istifadə edildiyi açıqlanmır.

Epşteyn faylları 2025-ci ildə Epşteyn Fayllarının Şəffaflığı Aktı çərçivəsində ictimaiyyətə təqdim edilib. Materiallar ittiham aktları, istintaq qeydləri, uçuş məlumatları və biznes əməliyyatlarını əhatə edir.

330 gallon kükürd turşusu ilə Epşteyn nə etmək istəyirdi?

Kükürd turşusu metal təmizləmə, batareya istehsalı, su təmizləmə və laboratoriya proseslərində geniş istifadə olunur.Xarici media orqanları onun şəxsi mülklərində laboratoriya fəaliyyətinə bənzər sahələrin olduğunu iddia edir, lakin bunu təsdiqləyən dəlil yoxdur.

Sosial mediada sübutların məhv edilməsi fərziyyələri də irəli sürülüb. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.