Maduroya xəyanət edib, ABŞ ilə danışıqlar aparıb: Yaxalanmasının yeni TƏFƏRRÜATLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nikolas Maduronu ələ keçirmək əməliyyatından bir neçə ay əvvəl ABŞ Venesuela hökumətinin bir naziri ilə gizli danışıqlar aparıb.
ABŞ prezidenti Donald Trampın administrasiyası bir neçə ay ərzində Venesuela daxili işlər naziri Diosdado Kabelo ilə qapalı danışıqlar aparıb.
Milli.Az bildirir ki, bu barədə "Reuters" agentliyi müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən xəbər verir.
Onların məlumatına görə, əlaqələr Trampın prezidentlik müddətinin əvvəlində başlayıb və Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq əməliyyatına qədər və ondan sonra da davam edib. Amerika nümayəndələri Kabeloya nəzarəti altında olan təhlükəsizlik qüvvələrindən müxalifəti təqib etmək və ölkədəki vəziyyəti pozmaq üçün istifadə etməmək barədə xəbərdarlıq ediblər.
Mənbələr qeyd edir ki, Venesuelanın təhlükəsizlik aparatı, o cümlədən kəşfiyyat xidmətləri, polis və ordu, yanvarın 3-ü ABŞ-ın əməliyyatından sonra əsasən idarəolunan olaraq qalıb. Vaşinqton Kabelonun müdaxiləsinin xaosa səbəb ola biləcəyindən və ABŞ administrasiyasının əsas hədəfi olan müvəqqəti prezident Delsi Rodriqesin mövqeyini təhlükə altına ala biləcəyindən qorxub.
Maduronun təqibinin əsasını təşkil edən ABŞ-ın narkotik qaçaqmalçılığı ittihamnaməsində adı çəkilməsinə baxmayaraq, Kabelo saxlanılmayıb.
"Reuters" agentliyinin məlumatına görə, onunla həm birbaşa, həm də vasitəçilər vasitəsilə əlaqə saxlanılıb.
Daxili işlər naziri Delsi Rodriqesi açıq şəkildə dəstəkləsə də, ABŞ-da o, ya sabit keçidi təmin edə, ya da onu poza biləcək əsas oyunçu kimi qəbul edilir. Lakin Amerika rəsmiləri onun keçmişinin və müvəqqəti prezidentlə potensial rəqabətinin onu qeyri-sabitlik mənbəyinə çevirə biləcəyindən qorxurlar.
Kabelo uzun müddətdir ki, Venesuela siyasətində ikinci ən nüfuzlu şəxs hesab olunur. O, keçmiş hərbçi və Uqo Çavesin yaxın silahdaşı idi. Qərb mənbələrinə görə, o, Maduronun dövründə təhlükəsizlik qüvvələri və hökumətyönlü silahlı qruplar üzərində repressiya və nəzarət sistemində əsas rol oynayıb.
ABŞ bir neçə il əvvəl ona qarşı sanksiyalar tətbiq edib. 2020-ci ildə Vaşinqton həbs olunmasına səbəb olacaq məlumatlara görə 10 milyon dollar mükafat elan edib və daha sonra məbləği 25 milyona çatdırıb. Kabelo özü narkotik ticarəti ilə bağlı ittihamları rədd edir.
Bu arada, agentliyin məlumatına görə, Delsi Rodriqes əsas vəzifələrə sadiq məmurlar təyin etməklə və ABŞ-ın neft hasilatını artırmaq tələblərini yerinə yetirməklə mövqeyini gücləndirir.
ABŞ-ın Venesuela üzrə keçmiş xüsusi nümayəndəsi Elliott Abrams bildirib ki, ölkədə çoxları Kabelonun getməsini gözləyir və bunu siyasi sistemdə real dəyişikliyin vacib siqnalı hesab edir. /lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar





