General Məhəmməd əl-Həddadı daşıyan təyyarəyə aid qara qutunun Böyük Britaniyada araşdırılması ilə bağlı razılaşma əldə olunub.
Milli.Az xəbər verir ki, bu barədə Liviyanın nəqliyyat naziri Məhəmməd əl-Şaubi açıqlama verib. Onun sözlərinə görə, ilkin mərhələdə qara qutunun Almaniyada, Fransanın iştirakı ilə yoxlanılması təklif edilsə də, Çikaqo Konvensiyasının tələblərinə əsasən istintaqın neytral ölkədə aparılması qərara alınıb.
Xatırladaq ki, ötən ay Ankarada baş verən təyyarə qəzası nəticəsində Liviyanın baş qərargah rəisi general Məhəmməd əl-Həddad da daxil olmaqla 10 nəfər həlak olub.
Asya
Milli.Az





