Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirilib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Rusiyadan Gürcüstana gedən günəbaxan yağı ilə yüklənmiş MIDVOLGA-2 tankerinin Türkiyə sahillərindən 80 mil uzaqlıqda hücuma məruz qalıb və gəminin Sinop istiqamətində hərəkət etdiyi açıqlanıb.
Gəmidə 13 ekipaj üzvü olub. Xəsarət alan yoxdur.
Xatırladaq ki, noyabrın 28-də də Türkiyə sahillərində Rusiyaya məxsus "Kairos" və "Virat" tankerlərinə hücum edilmişdi.
Fidan
Milli.Az





