Dünya

Suriyada iranlı diplomat öldürülüb

1 Avqust 2012 10:07
0 Şərh     Baxış: 151
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Öldürülən diplomatın adı açıqlanmır.

Məlumata görə, o, Azad Suriya Ordusu ilə hökumət qoşunları arasında atışma zamanı həlak olub.

Müxalifət, həmçinin bəyan edib ki, Azad Suriya Ordusu Hələb şəhər polisinin mənzil-qərargahını ələ keçirməyə nail olub.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.