Dünya

Müsəlman olduğuna görə şagird məktəbdə DÖYÜLDÜ - VİDEO

12 Noyabr 2025 15:10
Baxış: 395
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İrlandiyada müsəlman şagird məktəbdə irqçi hücuma məruz qalıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 16 oktyabrda Müqəddəs Cərlat Kollecində baş verən hadisə sosial mediada böyük qəzəbə səbəb olub.

İrlandiyanın Qoluey qraflığında yaşayan 16 yaşlı müsəlman şagird İrfan Uddin Qazi məktəbdə irqçi bir qrup tərəfindən hücuma məruz qalıb. Hadisə mobil telefon kamerası ilə lentə alınaraq geniş ictimai rezonans doğurub.

İrlandiyada yaşayan müsəlman icması və insan haqları müdafiəçiləri hakimiyyət orqanlarına müraciət edərək hücumu "irqçiliyin və İslamofobiyanın açıq nümayişi" kimi qiymətləndiriblər.

Hakimiyyət orqanları dərhal araşdırma başlayıb, məktəb rəhbərliyi isə hücumda iştirak edən şagirdlərin müəyyən edildiyini və intizam tədbirlərinə cəlb olunduğunu açıqlayıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.