Dünya

Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum etdi - 2 ölü, 2 yaralı

2 Noyabr 2025 15:41
Baxış: 512
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Zonguldak vilayətinin Çaycuma rayonunda faciəli hadisə baş verib. Psixoloji problemləri səbəbindən polislikdən vaxtından əvvəl təqaüdə çıxan 42 yaşlı Okan Ö. kənd kafesinə silahlı hücum edərək iki nəfəri öldürüb, iki nəfəri isə yaralayıb.

Milli.Az-ın CNN Türk-ə istinadla verdiyi məlumata görə, hadisə gecə saatlarında Çaycumanın Çoburlar kəndində qeydə alınıb. İddialara əsasən, keçmiş polis əməkdaşı Okan Ö. kənd kafesinə daxil olaraq ov tüfəngi ilə oradakı insanlara atəş açıb və daha sonra öz avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Atəş nəticəsində Kasım Özcan (59 yaş) və Aydın Özbakış (37 yaş) həyatını itiriblər, Gökhan G. və Hüseyin G. isə yaralanıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Çaycuma Dövlət Xəstəxanasına çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra bölgəyə jandarma və təcili yardım qüvvələri göndərilib. Qaçan şübhəlini yaxalamaq üçün əməliyyat başlanıb. Lakin Okan Ö. daha sonra öz istəyilə Çaycuma Məhkəməsinə gələrək tanıdığı polis əməkdaşına təslim olub.

Hadisə ilə bağlı jandarma tərəfindən genişmiqyaslı istintaq aparılır.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.