Robot döyüşçülər əsri başladı - Türkiyə raket atan robot itini təqdim etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin "Roketsan" şirkəti tərəfindən istehsal edilən ilk raket atan robot iti olan KOZ təqdim edilib.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, KOZ robot iti canlı yayımda tanıdılıb.
KOZ-un xüsusiyyətlərini bölüşən "Roketsan" şirkətinin yenilklər üzrə direktoru Dr. Emel Mehmet Yazıcıoğlu dünyada bu qədər kiçik ölçüdə idarəolunan silahın olmadığını bildirib.
"4 ədəd raketi var, bunlar çox kiçik çaplı, idarəolunan və axtarıcı başlıqlı raketlərdir. Bu səbəbdən də olduqca iddialı olduğumuz bir silahdır. Dünyada bu qədər kiçik ölçüdə idarəolunan və axtarıcı başlıqlı sistemi yerləşdirmək baxımından olduqca iddialıyıq. Raketlərin adı Metedir. Tamamilə uzaqdan idarə olunur. Əvvəlcə ətrafı müşahidə edir, xeyli məsafəyə qədər irəliləyə bilir. Təhlükəli bölgələrə daha çox daxil olur. Hədəfi tapıb ekranda göstərir, işarələyir və sonra raketi atır. Enişli-yoxuşlu ərazilərdə, təhlükəli bölgələrdə rahat hərəkət edir. Rampa ilə enib-çıxa, dırmaşa və pilləkənlə yuxarı çıxa bilir. Ən önəmlisi isə olduqca dayanıqlıdır. Yıxılsa belə, qalxa bilir, lakin asanlıqla yıxılmır. Dünyada bu, raket anlamında bir ilkdir. Bu qədər kiçik ölçüdə raketin bu sistemə inteqrasiya olunması dünyada bir ilkdir. Ən əhəmiyyətlisi isə onun öz-özünə atəş aça bilməsidir", deyə o, vurğulayıb.
"Son dərəcə qürurvericidir"
Türk Hərbi Dəniz Qüvvələrinin tanınmış sabiq vitse-admiralı, akademik, strateq və "Mavi Vətən" doktrinasının aparıcı müəlliflərindən biri olan professor Dr. Cihat Yaycı isə fikirlərini belə izah edib:
"Burada əsgər itkisi yoxdur. Bunu bir mağaraya, yaxud yaşayış məntəqəsinə daxil edirsiniz, gözdən keçirir, pilləkənlə yuxarı qalxır. Özbaşına atəş açır və əsgəri riskə atmır. Ən önəmli məqam əsgərin həyatını təhlükəyə atmamaqdır. Bu çox önəmli məsələdir. Bu, Mehmetçik üçün edilmiş ən böyük xidmətlərdən biridir. Son dərəcə qürurvericidir. Təşəkkür etməyi borc bilirəm".
Məlumat üçün bildirək ki, dünyada süni intellektin hərbi sahəyə inteqrasiyası sürətləndikcə, bu texnologiyanın yaratdığı təhlükə və qorxular da artır. Son illər super güclər arasında silah texnologiyalarında baş verən yarış yeni bir mərhələyə qədəm qoyub. Türkiyənin milli müdafiə sənayesinin bu sahədə atdığı son addım isə sadəcə regionda deyil, qlobal miqyasda narahatlığa səbəb olub.
"Roketsan" tərəfindən istehsal edilən və tamamilə yerli mühəndisliklə hazırlanan KOZ adlı raket atan robot it, təkcə texnologiyanın gələcəyini deyil, müharibələrin təbiətini də dəyişdirəcək bir yenilik kimi qiymətləndirilir. Artıq düşmənin yerini müəyyən edib, onu hədəfə alaraq özbaşına atəş açan, pilləkənlə qalxan, mağaralara girən bir döyüş robotu var. Bu, təkcə taktiki üstünlük deyil, həm də psixoloji üstünlükdür.
Dünya hərbi dairələri KOZ-un xüsusiyyətlərini izləyərkən, yeni bir dövrün, "robot döyüşçülər əsrinin" başlandığını anlayır. Və bu əsrin mərkəzində artıq Türkiyə də var...
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
XƏBƏR LENTİ
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
-
Dişləri saraldan qidalar
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas





