İsrail və Suriya nazirləri son 25 ildə ilk yüksəksəviyyəli danışıqlarını keçiriblər.
Milli.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Görüş Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə baş tutub.Danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əş-Şeybani iştirak ediblər.
Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub.
Qeyd olunur ki, İsrail və Suriya son aylarda artıq bir neçə görüş keçiriblər.
Milli.Az