Dünya

"Ermənistanda dövlət çevrilişi cəhdi iflasa uğradı" - Paşinyan

25 İyun 2025 10:19
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".

Milli.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" sosial şəbəkə hesabında bildirib.

"Bu proses "fırıldaqçıların baş tutmamış dövlət çevrilişi" kimi tarixə düşəcək", - deyə o yazıb.

Məqalədə bildirilir ki, erməni müxalifəti Rusiya şirkətlərinin və Ermənistanın keçmiş prezidentlərinin iştirakı ilə Paşinyan hakimiyyətini devirməyi planlaşdırırdı. Jurnalistlər çevrilişin məqsədinin hakimiyyəti "Paşinyan rejimi"nin əlindən alaraq xalqa və kilsəyə ötürmək olduğunu bildirən "Çevriliş strategiyası" adlı sənədin görüntüsünü dərc ediblər.

Xatırladaq ki, iyun ayında Ermənistanda "Taşir"in prezidenti Samvel Karapetyana qarşı cinayət işi açılıb. O, Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunurdu. Məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.