Günəşin "qəzəbi" İlon Maskı vurur - Bir ildə 3,5 dəfə artım müşahidə olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günəşdə baş verən partlayışlar İlon Maskın sahibi olduğu "SpaceX" şirkətinin "Starlink" peyklərini orbitdən çıxararaq Yerə düşməsinə səbəb olur.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, "Science Alert" saytının yaydığı məlumata görə, "Starlink" peykləri ilə bağlı aparılan yeni analizlər bu problemin miqyasını üzə çıxarıb. Günəş aktivliyi 2020-2024-cü illər arasında maksimum səviyyəyə çatıb və bu dövrdə orbitdən çıxan peyklərin sayında əhəmiyyətli artım qeydə alınıb.
NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində çalışan kosmik fizik Denni Olivyeyranın rəhbərlik etdiyi alimlər qrupu bu illər ərzində Yerə doğru enən 523 "Starlink" peykini izləyərək bu itkilərlə Günəş aktivliyi arasında birbaşa əlaqə olduğunu müəyyənləşdirib.
Tədqiqatda qeyd olunub ki, mövcud Günəş dövründəki yüksək aktivliyin "Starlink" peyklərinin orbitdən çıxmasına ciddi təsiri var. Alimlər bu vəziyyətin aşağı Yer orbitindəki peyklərin hərəkəti və sürtünmə dinamikasının öyrənilməsi baxımından həyəcanverici olduğunu bildirirlər. Hazırda həm Günəş aktivliyi, həm də orbitdəki peyk sayı insanlıq tarixində görünməmiş səviyyədədir.
Günəş dövrünün xüsusiyyətləri
Günəş dövrü - ulduzumuzun təxminən 11 il davam edən maqnit aktivliyi tsiklinə verilən addır. Bu müddətdə Günəşin maqnit qütbləri dəyişir, Günəş ləkələri, partlayışlar və tac kütlə atımları artır. Bu hərəkətlilik bir müddət sonra azalır və sonra yenidən yüksəlir.
Hazırda 25-ci Günəş dövründə olduğumuz bildirilir və bu dövr əvvəlkilərlə müqayisədə daha güclü seyr edir. Alimlərin ilkin gözləntiləri ilə müqayisədə bu dövrün daha təsirli keçməsi Yer səthində də nəticələr doğurur - atmosferin üst qatında artan hissəcik sürtünməsi həmin qatın qızmasına səbəb olur. Biz səthdə bunu hiss etməsək də, bu enerji orbitdəki cihazlara təsir edir və onların yerdəyişməsinə səbəb olur.
2024-cü ildə 316 "Starlink" peyki orbitdən çıxıb
"SpaceX" şirkəti 2019-cu ildən indiyədək 8 min 873 "Starlink" peyki buraxıb və hazırda onlardan 7 min 669-u orbitdə fəaliyyət göstərir. Bu qədər böyük say alimlərə Günəşin təsirlərini öyrənmək üçün zəngin məlumat verir.
Araşdırmalarda göstərilib ki, Günəş aktivliyi artdıqca, orbitdəki peyklərin Yerə doğru hərəkəti də intensivləşir. 2020-ci ildə orbitdən yalnız 2 peyk çıxmışdı. 2021-ci ildə bu rəqəm 78-ə, 2022-ci ildə 99-a, 2023-cü ildə 88-ə çatıb. Lakin 2024-cü ildə peyk itkiləri kəskin artaraq 316-ya yüksəlib - bu, əvvəlki ilin 3,5 qatıdır.
Təəccüblü nəticə: Zəif fırtınalar daha çox peyk itkisinə səbəb olub
Alimlər peyk itkilərini həmin dövrdə müşahidə olunan geomaqnit şəraitlə müqayisə ediblər. Nəticədə məlum olub ki, peyklərin 72 faizi zəif jeomaqnit şəraitdə orbitdən çıxıb. Güclü Günəş fırtınaları zamanı baş verən itkilər isə daha az olub, lakin bu hallarda peyklərin düşmə sürəti daha yüksək olub.
Bu da göstərir ki, Günəş dövrü ərzində sürtünmə tədricən artır və peyklər bir anda deyil, zamanla orbitlərini itirərək Yerə doğru hərəkət edirlər.
Alimlər bu nəticələr əsasında geomaqnit fırtınaları zamanı peyk hərəkətinə təsir edən sürtünmə modellərini daha da inkişaf etdirməyi planlaşdırırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
-
Hörmüzdə 11 ticarət gəmisi atəşə tutuldu
-
Trampdan İrana sərt xəbərdarlıq: “Ya təslim olacaqlar, ya da...”
-
Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır
-
Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır
-
Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır
XƏBƏR LENTİ
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qədim Məhəmmədov vəfat etdi
-
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
-
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
-
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
-
Mingəçevirdə kişi bədbəxt hadisə nəticəsində öldü
-
5 boksçumuz Avropa çempionatının finalına yüksəldi
-
Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır
-
Masazırda 4 avtomobil yanıb kül oldu - (Yenilənib/Video)
-
DYP sürücülərə müraciət edib
-
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
-
Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Sərəncam
-
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
-
Meksikanın Deputatlar Palatasında azərbaycanlı rəssam Mehriban Alışovanın əsərlərindən ibarət “Azərbaycan: təbiətin palitrası” adlı sərginin açılışı olub - (Video/Foto)
-
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
-
Lənkəranın 5 kəndinə dolu düşdü - (Foto)
-
Lahıc - daş küçələrin, qədim sənətkarlığın və tarix qoxulu evlərin ünvanı - FOTOlar
-
Hörmüzdə 11 ticarət gəmisi atəşə tutuldu
-
"Bitcoin" bahalaşıb
-
Azərbaycanda LGBT-nin təbliğatını qadağan edən qanun qəbul olunur
-
Trampdan İrana sərt xəbərdarlıq: “Ya təslim olacaqlar, ya da...”
-
Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır
-
Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır





