Dünya

Doğum sancısı başlayan aparıcı canlı yayımda xəbər oxumağa davam etdi

22 May 2025 21:24
Baxış: 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Doğum sancısının gəlməsinə baxmayaraq WRGB xəbər aparıcısı Olivia Jaquith səhər tezdən xəbərlər proqramını aparmağa davam edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, aparıcı həmkarı Julia Dunn səhər proqramının əvvəlində izləyicilərə belə bir açıqlama verib:

"Bu səhər sözün əsl mənasında təcili xəbərimiz var. Olivia hazırda doğum sancıları içində xəbərləri təqdim edir."

Bütün bu hadisələr yetərincə təsirli olsa da, Jaquith vəziyyəti bir qədər yumşaltmağa çalışaraq deyib:

"Hələ erkən doğum mərhələsindəyəm, çox da şişirtməyək."

Dunn isə əlavə edib ki, Olivia-nın sancıları artıq iki dəqiqə ara ilə baş verir. Jaquith isə fiziki gücü çatdığı qədər proqramı aparmağa davam edəcəyini bildirib:

"Hələlik vəziyyət yaxşıdır. Burada olmaqdan məmnunam və mümkün olduğu qədər masada qalacağam. Amma qəfil yox olsam, bilin ki, səbəbi budur."

Lalə Qüdrətova

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.