Ölkə

Məhsulu yalandan reklam edə bilməyəcəklər - Bloqerlərə pis xəbər

22 May 2025 23:42
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Reklam haqqında" Qanuna dəyişiklikdə əksini tapıb.

Milli.Az-ın məlumatına görə, Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında qanuna edilən dəyişikliklə bağlı paylaşım edib.

O bildirib ki, bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydini əlavə etməlidir:

"Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun isə artıq qüvvəyə mindi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.