İdman

Avropa Liqasının rəmzi komandası açıqlandı

23 May 2025 00:33
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Avropa Liqasının rəmzi komandasını seçib.

Milli.Az xəbər verir ki, heyətdə "Tottenhem"dən 4, "Budo-Qlimt" və "Mançester Yunayted"dən 2, "Ayntraxt", "Lion" və "Atletik"dən 1 oyunçu yer alıb. 

Qapıçı: Gulyelmo Vikario ("Tottenhem").

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Kristian Romero ("Tottenhem"), Robin Kox ("Ayntraxt"), Fredrik Andre Byorkan ("Budo-Qlimt").

Yarımmüdafiəçilər: Patrik Berq ("Budo-Qlimt"), Bruno Fernandes ("Mançester Yunayted"), Kazemiro ("Mançester Yunayted").

Hücumçular: Rayan Şerki ("Lion"), Dominik Solanke ("Tottenhem"), Niko Uilyams ("Atletik").

Qeyd edək ki, Avropa Liqasının hazırkı qalibi "Tottenhem"dir. 21 mayda keçirilən turnirin final görüşündə London klubu "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanaraq çempion olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.