İdman

"Qalatasaray"ın ulduzu çamadanlarını hazırladı: 30 milyona transfer olunur

22 May 2025 17:30
Baxış: 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ardıcıl Türkiyə çempionu olan "Qalatasaray"dan yeni mövsümdə ayrılacaq futbolçular maraq doğurur.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak edəcək "sarı-qırmızılı" komanda güclü bir heyət qurmaq üçün transfer işlərinə də başlayıb.

"Cim-bom"un qol maşını Viktor Osimhenin gələcəyi hələ də qeyri-müəyyən olsa da, hücum xəttindəki digər vacib oyunçu Barış Alper Yılmaz Avropa klublarının diqqət mərkəzindədir.

"Sabah" qəzetində yer alan xəbərə görə, "Qalatasaray"ın milli futbolçusunun transfer bədəlini 30 milyon avro olaraq təyin edib. Onunla ingilis və italyan klublarının maraqlanırlar.

Mövsümün əvvəlində Premier Liqadan "Nottinqhem Forest", "Vest Ham Yunayted" Barış Alperi heyətlərinə qatmaq istəmişdi. 24 yaşlı futbolçunun ayrılma ehtimalına qarşı plan da hazırlanıb.

"Sarı-qırmızılılar" 30 milyon avroya oyunçusunu sata bilsə, transferdə öz rekordunu təkrarlayacaq. Bundan əvvəl Saşa Boey 30 milyon avro qarşılığında "Bayern"ə imza atmışdı.

Xəbərdə qeyd olunur ki, "Qalatasaray"ın Barış Alper Yılmazın yerinə İNaki Villiamsı düşündüyü bildirilib. Bazarda 20 milyon avroya qiymətləndirilən Villiamsın "Athletik" olan müqaviləsi 2028-ci ildə sona çatır.

O, karyerasında ən yüksək bazar dəyərinə 2019-cu ildə 50 milyon avro ilə çatmışdı.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.