Mask 4 saniyədə nə qədər qazanır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pandemiyanın başlanğıcından bəri super varlıların sərvəti 81 faiz artaraq qlobal sosial uçurumu daha da genişləndirib.
Bəşəriyyətin yarısı yoxsulluqla mübarizə apararkən, dünya milyarderlərinin xalis sərvəti stratosferik 18,3 trilyon dollara çatıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, sərvətin bir neçə nəfərin əlində cəmləşməsi demokratik institutları məhv etməyə başlayır.
Milli.Az-ın xəbərinə görə, bu barədə Oxfam xeyriyyə təşkilatının illik hesabatında bildirilir. Sənəd Davosda keçirilən Dünya İqtisadi Forumu ərəfəsində dərc edilib.
2025-ci ilin sonuna qədər dünya milyarderlərinin ümumi sərvəti 2,5 trilyon dollar artaraq yeni rekord qıracaq.
"Oxfam"ın məlumatına görə, milyarderlərin ümumi sərvəti 2020-ci ilin mart ayından bəri 81 faiz artaraq 18,3 trilyon dollarlıq rekord həddə çatıb. Təşkilat qeyd edir ki, dünyanın ən varlı insanı İlon Mask qlobal orta illik gəlirə bərabər olan məbləği dörd saniyədə qazanır.
Eyni zamanda, hesabatda dünya əhalisinin təxminən yarısının yoxsulluq içində yaşadığı, qlobal sərvətin yalnız 0,52 faizinə sahib olduğu, ən varlı bir faizin isə 43,8 faizə sahib olduğu göstərilir.
"Biz milyarderlər dövründə yaşayırıq və bu, dünya üçün pis xəbərdir", - "Oxfam"ın Almaniya bölməsinin rəhbəri Şarlotta Beker bildirib.
O, super varlıların iqtisadi gücünün siyasi təsirə çevrilməsinin və bunun demokratik institutları sarsıtdığının xüsusilə narahatlıq doğurduğunu vurğulayıb.
Bekerin sözlərinə görə, bu prosesin mənfi nəticələri ABŞ prezidenti Donald Trampın nümunəsində aydın şəkildə nümayiş olunur, çünki onun varlılara yönəlmiş siyasəti bərabərsizliyi artırır.
Xatırladaq ki, 2025-ci ilin payızında Mask bütün zamanların rekordunu qıraraq, tarixdə sərvəti 500 milyard dolları keçən ilk şəxs olub. Bu artımın əsas hərəkətverici qüvvələri təkcə "Tesla" səhmləri deyil, həm də "SpaceX"in sürətli bazar kapitallaşması və xAI startapının uğuru olub.
Analitiklər kosmik korporasiyanın qarşıdan gələn IPO-su və süni intellektin inkişafı sayəsində Maskın yaxın gələcəkdə dünyanın ilk trilyoneri ola biləcəyini proqnozlaşdırırlar. /lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Minlərlə sakinin yaşadığı kənddə cəmi 1 küçə var
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Lukaşenko Belarusun növbəti liderinin kim olacağını açıqladı
-
Narkotik əməliyyatında saxlanılan məşhurların görüntüləri yayıldı - (Video)
-
ABŞ-dən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
XƏBƏR LENTİ
-
Paytaxtın 14 küçəsində tıxac var
-
ÇL: "Bavariya" uduzdu, "Fənərbağça" İngiltərədə qələbə qazandı
-
1 şüşə mineral su ilə xırtıldayan gül kələmi qızartması resepti
-
2026-cı ilin sonuna qədər varlanacaq bürclər
-
Çay süfrələrinin sevilən şirniyyatı: Köstəbək tortu resepti
-
Wi-Fi routerini gecələr söndürün
-
Yarım qalan hər şey beynimizi məşğul edir: Zeyqarnik effekti nədir?
-
Minlərlə sakinin yaşadığı kənddə cəmi 1 küçə var
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu





