TikTok Avropa Birliyində (AB) 13 yaşdan kiçik istifadəçiləri müəyyən etmək üçün yeni yaş aşkarlama sistemini işə salmağa hazırlaşır.
Milli.Az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, yeni sistem istifadəçilərin profil məlumatlarını, paylaşdıqları videoları və davranış nümunələrini təhlil edərək onların 13 yaşdan kiçik olub-olmadığını müəyyən etməyə çalışacaq. TikTok-un qaydalarına əsasən, platformadan istifadə etmək üçün minimum yaş həddi 13-dür.
Aşkarlama prosesi avtomatik bloklama ilə nəticələnməyəcək. Şübhəli hesablar əvvəlcə mütəxəssis moderatorlar tərəfindən əl ilə yoxlanılacaq. Yalnız yoxlamadan sonra müvafiq qərar veriləcək.
TikTok-un bu addımı AB-də rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması istiqamətində atılan mühüm tədbirlərdən biri kimi qiymətləndirilir.
Fidan
Milli.Az





