Texnologiya

Məkkədə “fətva robotu” işə salınacaq - Süni intelekt bunu da etdi - FOTO

22 May 2025 21:39
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri İdarəsi süni intellektlə dəstəklənən "fətva robotu"nun istifadəyə verildiyini açıqlayıb. Bu texnoloji yenilik zəvvarlara dini suallarını cavablandırmaq və onların Kəbə ziyarətini asanlaşdırmaq məqsədi daşıyır.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, "Menaratul-Harameyn Robot"un ikinci versiyası artıq Məscidül-Haramda zəvvarların xidmətindədir. Robot dini sualları cavablandırmaqla yanaşı, əgər verilmiş sual verilənlər bazasında yoxdursa, istifadəçini birbaşa müftilərlə videozəng vasitəsilə əlaqələndirə bilir.

Bu addım, Səudiyyə Ərəbistanının rəqəmsal transformasiyalarla ayaqlaşmaq, zəvvarların dini təcrübəsini zənginləşdirmək və müasir texnologiyalardan istifadənin genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biri hesab olunur.

Həcc mövsümünə hazırlıq çərçivəsində digər texnoloji yeniliklər də tətbiq olunur. Məkkədə izdihamı izləmək və idarə etmək üçün döşəmə sensorları, giriş oxuyucuları və ağıllı kameralar yerləşdirilib. Bu sistemlər zəvvarların hərəkətini real vaxtda izləməyə, tıxac nöqtələrini müəyyən etməyə və ümumi əməliyyatların səmərəliliyini artırmağa imkan verir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.