Dünya

Rusiya Ermənistana yeni naviqasiya sistemi verdi: Eyni anda 200 təyyarə...

20 May 2025 11:43
Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq ərazilərdə təyyarələrin naviqasiyasını asanlaşdırmaq üçün müasir avadanlıq təqdim edib. Söhbət "Azimut" şirkəti tərəfindən istehsal olunan VOR/DME 2700 tipli çoxistiqamətli radiomayak sistemindən gedir.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Azimut" şirkətinin vitse-prezidenti Aleksey Qalçenkov jurnalistlərə açıqlamasında deyib.

Məlumata görə, avadanlıq Qarakilsə (Sisian) şəhərində quraşdırılıb və eyni anda 200-ə yaxın təyyarəni izləmək qabiliyyətinə malikdir.

"Azimut" şirkətinin vitse-prezidenti Aleksey Qalçenkov bildirib ki, sistemin Ermənistanda sınaqları artıq başa çatıb. Onun sözlərinə görə, bu texnologiya xüsusilə dağlıq relyefdə və əlverişsiz hava şəraitində təyyarələrin naviqasiyasını xeyli yaxşılaşdıracaq.

P.S. Qeyd edək ki, Rusiya son illərdə Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirir. Bu, təkcə naviqasiya sistemləri ilə məhdudlaşmır - Moskva zaman-zaman İrəvana müxtəlif silah sistemləri və hərbi texnologiyalar da ötürür. Bu addımlar regionda qüvvələr balansına təsir edən mühüm faktorlardan biri kimi qiymətləndirilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.