Ölkə

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

20 May 2025 17:25
Baxış: 1 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

Milli.Az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin müddət üzrə sığorta stajı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrə əsasən nəzərə alınır.

Bu proses necə tənzimlənir, vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir?

Qeyd edilib ki, pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş sığortaolunan qulluqetmə müddətinin iş stajına daxil edilərək əmək pensiyası hüququna baxılması üçün qeyd olunan sənədlərlə istənilən DOST mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun istənilən aidiyyəti struktur bölmələrinə müraciət edə bilər.

Onlar pensiyaya erkən yaşda çıxa bilərlər?

"Əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də nəzərə alınmaqla yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Bu güzəşt kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.

Əlilliyi müəyyən edilmiş şəxsə qulluq etmə ilə bağlı erkən pensiya hüququ isə qanunvericilikdə nəzərdə tutulmayıb", - məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.