Dünya

Polşada prezident seçkiləri keçirilr

18 May 2025 09:33
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşada növbəti prezident seçkiləri ilə bağlı seçki məntəqələri fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata əsasən, seçicilər prezident postu uğrunda yarışan 13 namizəd arasından seçim edəcəklər.

Aparılan sorğular seçkilərin birinci turda nəticələnməsinin az ehtimal olunduğunu göstərir. Böyük ehtimalla, yeni dövlət başçısının adı iyunun 1-də keçiriləcək ikinci tur səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək.

Prezidentlik uğrunda mübarizənin əsas rəqibləri kimi "Hüquq və Ədalət" partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navroçki, hakim koalisiyanın dəstəklədiyi baş nazir Donald Tusk və Varşava meri Rafal Trzaskowski göstərilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.