Dünya

Ukrayna və ABŞ razılaşdı - Müharibə dayandırılır?

30 Aprel 2025 11:30
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kellog bildirib ki, Ukrayna və ABŞ Londonda müharibəyə son qoyulması ilə bağlı aparılan danışıqlar çərçivəsində 22 "çox konkret" bənddən ibarət olan şərtlər siyahısı hazırlayıb.

Milli.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına verdiyi açıqlamada məlumat verib.

"Ukraynalılara bu şərtlərin hamısı xoş gəlmədi, amma ümumilikdə yekun mövqe heç kəs üçün ideal olmur - bu, danışıqların bir hissəsidir. Lakin biz ukraynalılarla yaxşı mövqedəyik və hazırkı vəziyyətdən məmnunuq," - deyə Kellog vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrovun "Rusiya Ukrayna üzərində qələbə çala bilər" fikrinə isə Kellog belə cavab verib: "Bu, reallığı əks etdirmir."

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.