Dünya

“Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satıldı

28 Aprel 2025 08:35
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Titanik"dən sağ çıxanın məktubu hərracda 400 min dollara satılıb

Milli.Az report-a istinadən xəbər verir ki, "Titanik"də birinci dərəcəli səyahət edən polkovnik Arçibald Qreys məktubunda gəmi haqqında ilk təəssüratlarını bölüşüb. Məktub kartı 10 aprel 1912-ci il tarixlidir.

"Bu, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəyəm", - yazıda deyilir.

Lot hərracda "Henry Aldridge and Son of Devizes" tərəfindən Viltşirdə gözlənilən qiymətdən beş dəfə baha satılıb. Auksionçulara görə, bu, "Titanik" gəmisinin göyərtəsində yazılmış məktub üçün əldə edilmiş ən yüksək qiymətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.