Dünya

Yerə güclü maqnit qasırğası yaxınlaşır - 3 gün davam edəcək

21 Aprel 2025 09:40
Baxış: 890
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Genişmiqyaslı koronal dəlik səbəbindən Günəşdə formalaşan maqnit qasırğaları Yeri təsir altına alacaq.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

20 aprel tarixində geomaqnit şərait sakit qalacaq, lakin artıq 21 aprel axşamından etibarən aktivliyin kəskin şəkildə artacağı və güclü maqnit qasırğası ehtimalının 80%-ə çatacağı gözlənilir. 

22 aprel tarixində geomaqnit pozuntularının riski 85%-ə yüksələcək. 23-24 aprel tarixlərində isə G2 sinifinə aid olan güclü maqnit qasırğalarının pik səviyyəsi baş verəcək. Maqnit fonunun sabitləşməsi isə 25-29 aprel tarixləri arasında gözlənilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.