Məşhur bloqer Nicat Şakirli son görüntülərini sosial şəbəkə hesabında yayımlayaraq izləyicilərini sevindirib.
Milli.Az xəbər verir ki, "Nikosayağı" ləqəbi ilə tanınan gəncin paylaşımı qısa müddətdə böyük maraq doğurub.
Xatırladaq ki, bloqer 2023-cü ilin avqust ayında dəhşətli yol qəzası keçirmişdi. İdarə etdiyi "Porsche" markalı maşının yük avtomobili ilə toqquşması nəticəsində Nicatın dostu Ruslan Məmmədov həyatını itirmiş, bloqer özü isə ağır bədən xəsarətləri almışdı. Həmin hadisə nəticəsində həkimlər N. Şakirlinin sağ qolunu dirsəkdən kəsmək məcburiyyətində qalmışdılar.
Lalə Qüdrətova
Milli.Az





