Əlcəzair fransalı diplomatlara vaxt qoydu: 48 saata ölkəni tərk edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əlcəzair 12 fransalı diplomatı ölkədən çıxarmaqla hədələyib və onlara 48 saat vaxt verib.
Milli.Az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.
"Əlcəzair hakimiyyətindən bu çıxarılma tədbirlərindən imtina etmələrini xahiş edirəm... Əgər əməkdaşlarımızın geri göndərilməsi qərarı qüvvədə qalarsa, başqa çıxış yolumuz qalmayacaq və dərhal cavab verəcəyik," - deyə Barro vurğulayıb.
AFP-yə danışan diplomatik mənbəyə görə bu 12 nəfərin arasında Fransa Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları da var.
Qeyd edək ki, cümə günü Fransa prokurorluğu Əlcəzairin tanınmış bloqeri və hökumət tənqidçisi Amir Bukorsun 2024-cü ilin aprelində Parisdə "yoxa çıxması" ilə əlaqədar üç Əlcəzair vətəndaşını, o cümlədən bir konsulluq əməkdaşını rəsmi olaraq ittiham edib.
Bu ittiham Əlcəzair ilə Fransa arasındakı münasibətlərin həssas dövrünə təsadüf edir. Əlcəzair hakimiyyəti bu addımın son vaxtlar əlaqələrin düzəldilməsi cəhdlərini pozmaq məqsədi daşıdığını iddia edib.
"Amir DZ" adı ilə tanınan Bukors Əlcəzair hökumətinə qarşı çıxan məşhur sosial media fenomenidir və TikTok-da bir milyondan çox izləyicisi var.
O, 2016-cı ildən Fransada yaşayır və 2023-cü ildə ona siyasi sığınacaq verilib. Hüquqşünasının sözlərinə görə, o, 2024-cü ilin aprelində oğurlanıb və ertəsi gün sərbəst buraxılıb.
Əlcəzair isə onun mühakimə olunması üçün ölkəyə qaytarılmasını tələb edir. Bukors barəsində dələduzluq və terror ittihamları ilə bağlı doqquz beynəlxalq həbs qərarı çıxarılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
XƏBƏR LENTİ
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir





