Dünya

Çin ABŞ mallarına rüsum dərəcəsini yenidən qaldırdı

11 Aprel 2025 13:15
Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Çindən başqa ölkələrə tətbiq edəcəyi əlavə rüsumlar hələlik 90 gün təxirə salınsa da, Pekin Vaşinqtonun son 145 faizlik addımına görə yeni cavab tədbirləri görüb.

Milli.Az xəbər verir ki, Çin ABŞ mallarına gömrük rüsumunu 125 faizə qaldırıb.

Qeyd edək ki, Ağ Evdən dünən verilən açıqlamada daha əvvəl fentanil və fentanil prekursorları tədarük etdiyi səbəbiylə tətbiq edilən 20 faizlik gömrük rüsumunun olduğu xatırladılıb və Trampın 20 faizlik gömrük vergisindən ayrı olaraq yüzdə 125 əlavə vergi tətbiq etmə qərarının gəldiyi bildirilib. Beləliklə, ABŞ-ın Çinə tətbiq etdiyi ümumi gömrük rüsumları 145 faizə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.