Dünya

Ukraynada azərbaycanlı hərbçi itkin düşdü - FOTO

18 Aprel 2025 18:41
Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusunun azərbaycanlı hərbçisi itkin düşüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Gülmalıyev Zamiq Şakir oğlu Donetsk vilayəti istiqamətində itkin düşüb.

Ukraynanın İvano-Frankovsk şəhərində yaşamış və buradan orduya yazılan Z. Gülmalıyevlə həm hərbi hissəsi, həm də yaxınları bir həftədən çoxdur əlaqə saxlaya bilmir.

İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov "Report"ta bildirib ki, şəhər hərbi komissarlığından onlara da rəsmən bildirilib ki, hərbçi ilə cəbhə xəttində əlaqə itib.

Qeyd edək ki, itkin düşən azərbaycanlı hərbçi İvano-Frankovsk şəhərində yaşayıb və buradan orduya yollanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.