Onlar 3 gün işləyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bill Qeyts qatıldığı bir proqramda süni intellektin gələcəyin iş rejiminə necə təsir edəcəyi barədə mühüm fikirlər səsləndirib.
Milli.Az xəbər verir ki, "Microsoft"un təsisçilərindən biri olan Bill Qeyts süni intellektin iş həyatında inqilabi dəyişikliklər yarada biləcəyini və qarşıdakı on il ərzində insanların yalnız həftədə iki və ya üç gün işləyəcəyi dövrə keçəcəyini bildirib.
Məşhur gecə proqramı "The Tonight Show Starring Jimmy Fallon"da qonaq olan Bill Qeyts süni intellekt sahəsindəki sürətli inkişafların xüsusilə səhiyyə və təhsil kimi sahələrdə ciddi dönüşlərə yol açacağını qeyd edib.
"Süni intellekt bir çox işi öz üzərinə götürəcək"
Bill Qeyts "Gələcəkdə işlər necə olacaq? Həftədə sadəcə iki ya da üç günmü işləməliyik?" sualına cavab olaraq belə deyib: "Artıq bir çox işin insanlar tərəfindən yerinə yetirilməsinə ehtiyac qalmayacaq".
Xatırladaq ki, Bill Qeyts daha əvvəl də süni intellektin yaratdığı məhsuldarlıq artımlarının zamanla üçgünlük iş sisteminə keçidi mümkün edə biləcəyini vurğulamışdı.
Lakin Bill Qeytsin bu baxışının əksi olaraq, uzun iş saatlarının normal sayıldığı Hindistan kimi ölkələrdə bu fikir məntiqli qarşılanmaya bilər. Məsələn, "Infosys"in qurucusu Narayana Murti və "Larsen & Toubro"nun rəhbəri SN Subrahmanyan iqtisadi artımı təşviq etmək məqsədilə gələcəkdə daha çox işləməyin zəruri olduğunu düşünürlər./valyuta.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
XƏBƏR LENTİ
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma
-
Türkiyədə polis idarəsinin həyətinə dron düşdü - (Video)
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu





