Dünya

“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən çempionu belə tutdular - VİDEO

27 Mart 2025 11:00
Baxış: 1 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada yaşayan erməni idmançı Vladimir Vanyan həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pauerliftinq üzrə dünya çempionu olan Vanyan Krasnodar vilayətinin Lenin rayon məhkəməsinin qərarına əsasən saxlanılıb.

Bildirilib ki, o, martın 24-də sosial şəbəkədə canlı yayımda separatçı bəyanatlar verib. Belə ki, Vanyan videoda "Qarabağ da, Krasnodar da Ermənistandır", - deyib.

Bundan sonra Vladimir Vanyanın yeri müəyyən edilib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

Qeyd edək ki, Vladimir Vaynan canlı yayımda Rusiyanın dövlət qurumlarını və hərbçilərini də təhqir edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.