Dünya

Belqorodda şiddətli döyüşlər: Ukrayna geri çəkilir...

27 Mart 2025 09:44
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu Kursk bölgəsindən geri çəkilməsinin ardından bu dəfə Rusiyanın Belqorod vilayətində genişmiqyaslı hücuma keçib. Lakin Kiyev qüvvələri irəliləyə bilmədən Rusiya ordusu tərəfindən dayandırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.

"Kremlin bu əməliyyatı "yeni Kursk döyüşü" adlandırdığı bildirilir. Ukraynanın bu hücumunun əsas məqsədinin Rusiya Prezidenti Vladimir Putini tezliklə atəşkəsə məcbur etmək olduğu iddia edilir. Lakin Kremlə yaxın mənbələr bildirib ki, Rusiya qüvvələrinin əks-hücumu nəticəsində Ukrayna ordusu Demidovka və Prilesyedən geri çəkilib. Ukrayna ordusu şərq cəbhəsindən ehtiyat birliklərini bölgəyə cəlb etsə də, zirehli texnika olmadan irəliləməkdə çətinlik çəkir.

Rusiyanın isə genişmiqyaslı əks-hücuma hazırlaşdığı, əlavə qoşunlar yeritdiyi və Ukrayna ordusunun rabitə şəbəkələrini hədəf aldığı bildirilir", - Öztürk qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.