Dünya

Yunan əsgərlərindən Türkiyə ilə bağlı çirkin təxribat: Ankara hərəkətə keçdi

26 Mart 2025 15:37
Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanda keçirilən "Müstəqillik günü" tədbirləri zamanı Türkiyə əleyhinə çirkin şüarların səsləndirildiyi görüntülər sosial mediada gündəm olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Yunanıstanın 25 Mart Müstəqillik Günü çərçivəsində Afinada keçirilən rəsmi paradda Yunanıstan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları Türkiyəni təhqir edən şüarlar səsləndiriblər.

Sözügedən görüntülər və səsləndirilən şüarlar sosial mediada böyük əks-səda doğurub.

Bu reaksiyalardan sonra Ankara da səssiz qalmayıb. Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələrdən mövzu ilə bağlı verilən açıqlamada səsləndirilən şüarların qəbuledilməz olduğu bildirilib.

Hadisə Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyan davranış kimi qiymətləndirilib. Məsələ ilə bağlı Yunanıstan səlahiyyətlilərindən izahat tələb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.