Tramp 200 ilin qanununu "DİRİLTDİ" - aləm qarışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident Donald Tramp 1798-ci ildə qəbul olunmuş qanunun tətbiqinə dair fərman imzalayıb.
Milli.Az xəbər verir ki, yalnız müharibə dövründə istifadə olunan qanun prezidentə təhdid hesab edilən miqrantların insan hüquqlarından yan keçməyə və onları tez bir zamanda deportasiya etməyə imkan verir. Tramp qanunun tətbiqinin Venesuela vətəndaşlarının yaratdığı Tren de Aragua bandasının üzvlərinin deportasiyasını sürətləndirmək məqsədi daşıdığını elan edib. O, ölkənin adam oğurluğu, qəsb, mütəşəkkil cinayət və sifarişli qətllərlə əlaqəli cinayət təşkilatının "işğal"ı ilə üzləşdiyini deyib.
Tramp dəstə üzvlərinin ölkədə sabitliyi pozmaq məqsədi ilə "ABŞ-a qarşı qeyri-qanuni müharibə və düşmənçilik hərəkətləri ilə məşğul olduqlarını" bildirib.
Trampın əmrinə əsasən, banda üzvləri olduğu aşkar edilən, ABŞ-da olan və ölkənin vətəndaşlığı olmayan və ya qanuni daimi sakinləri olmayan 14 yaş və ya daha yuxarı bütün Venesuela vətəndaşları "xarici düşmənlər kimi həbs, məhdudlaşdırma və sair yollarla ölkədən çıxarılmalı"dır.
Qeyd edək ki, Xarici Düşmənlər Aktı, İkinci Dünya Müharibəsi zamanı yapon, alman və italyan əsilli insanların təcrid olunmuş düşərgələrinə haqq qazandırmaq üçün istifadəsi ilə məşhurdur. Vətəndaş hüquqları qrupları və bəzi Demokratlar, kütləvi deportasiyaları artırmaq üçün onun. yenidən tətbiqi ideyasını tənqid ediblər. Trampın bu qərarının da məhkəmə yolu ilə mübahisələndiriləcəyi gözlənilir. Çünki hüquq-müdafiə təşkilatları və demokratlar qanunun yalnız müharibələr zamanı qüvvəsinin ola biləcəyini açıqlayaraq Trampın qərarına qarşı hərəkətə keçiblər.
Fevral ayında Tramp administrasiyası Tren de Araqua, Sinaloa Karteli və daha altı cinayətkar qrupu qlobal terror təşkilatları siyahısına daxil edib. Şənbə günü verilən direktivdə deyilir ki, Tren de Araqua "Birləşmiş Ştatların vətəndaşlarına zərər vermək məqsədlərinə çatmaq üçün Birləşmiş Ştatlara kütləvi qeyri-qanuni miqrasiya ilə məşğul olub və məşğul olmaqda davam edir".
Tramp "immiqrant cinayəti"nin artmasının sübutu kimi, banda təhdidini kampaniya çıxışlarının müntəzəm mövzusuna çevirib. Lakin elə şənbə günü məhkəmə hökumətin beş venesuelalının dərhal deportasiyasına dair qərarının icrasını dayandırıb.
Məhkəmə hökumətin onları 14 gün müddətinə deportasiya etməsinə mane olan müvəqqəti həbs qətimkan tədbiri seçib. İddianı qaldıran qruplardan biri olan Amerika Vətəndaş Azadlıqları Birliyi venesuelalıların sığınacaq istədiklərini bildirib. Məhkəmə sənədləri hökumətin hakimin müvəqqəti həbs qətimkan tədbirindən apellyasiya şikayəti verdiyini göstərir. /Musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"İranla danışıqlar məni qane etmir"
-
Bakıda Beynəlxalq Xalça Forumu - "İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma" adlı ikinci sessiya - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Art in Motion” sərgisini ziyarət ediblər - FOTO
-
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
-
ABŞ bu rüsumları 25%-ə qədər artıracaq
-
"Taşacak bu deniz"lə bağlı dəyişiklik
-
İmtahanda fərqlənənlər - FOTO
-
Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı var - YENİLƏNİB
-
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu
-
Zerrin Özər aylar sonra ilk dəfə - FOTO
-
Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” - VİDEO
-
Dünyada bir ilk: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər
-
“Sabah”ı Çempionlar Liqasında hansı rəqiblər gözləyir? - TAM SİYAHI
-
Röyanın geyimi müzakirə yaratdı - VİDEO
-
Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi - YENİLƏNİB
-
Nəm salfet məktəbdə problemə səbəb oldu - DİN hərəkətə keçdi
-
Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - FOTO
-
Səxavət Məmmədzadəyə vəzifə verildi
-
İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi
-
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu





