Dünya

Trampa görə fövqəladə vəziyyət elan etdi: bu ölkə işğal oluna bilər

15 Mart 2025 23:48
Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son seçkidə uduzaraq vəzifəsini tərk edən Qrenlandiyanın keçmiş Baş naziri Mute Egede ABŞ prezidenti Donald Trampın təhdidləri ilə bağlı bütün partiya liderlərinin bir araya gələrək təcili toplantı keçirəcəyini bildirib.

Milli.Az xəbər verir ki, Donald Tramp Arktika yaxınlığındakı adanı "ilhaq etmək" istəyini təkrarladıqdan sonra ölkə adada fövqəladə vəziyyət elan edib.

Egede "artıq bəsdir" deyərək, bütün partiya liderlərini hərəkətə keçməyə çağırıb. "Trampın sözlərinə etirazımızı gücləndirməliyik", - deyə o bildirib.

Yeni hökumət qurulana qədər Qrenlandiyanı müvəqqəti olaraq idarə etməyə davam edən Egedenin çağırışından sonra bu axşam bütün siyasi partiya liderlərinin fövqəladə iclası gözlənilir. (Publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.