Bunu içsəniz arıqlayıb "çöpə" dönəcəksiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şüyüd toxumu yağı uzun illərdir təbii müalicə vasitəsi kimi tanınır. Lakin çoxlarının bilmədiyi bir məqam var: düzgün və ölçülü istifadə edildikdə bu yağ çəki atmağa da dəstək ola bilər.
Milli.Az-ın məlumatına görə, şüyüd toxumu yağının sağlamlığa verdiyi əsas faydalar bunlardır:
Maddələr mübadiləsini aktivləşdirir
Dərman bitkisi sayılan şüyüd toxumundan əldə edilən yağ müntəzəm istifadə edildikdə metabolizmi sürətləndirə bilər. Bu da orqanizmin yağ yandırma qabiliyyətini artıraraq arıqlama prosesini asanlaşdırır.
Vitamin və minerallarla zəngindir
Şüyüd toxumu C vitamini, kalium, manqan, kalsium və dəmir kimi vacib maddələr ehtiva edir. Xüsusilə C vitamini güclü antioksidant kimi hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur.
Antioksidant təsiri güclüdür
Şüyüd və onun toxumları çoxsaylı bitki mənşəli aktiv maddələrlə zəngindir. Araşdırmalar göstərir ki, şüyüd efir yağının tərkibində 80-dən çox uçucu birləşmə mövcuddur ki, bunlar orqanizmi iltihab və oksidləşdirici stresdən qoruyur.
İştahı azalda bilər
Şüyüd toxumu yağı yeməklərə dad qatmaqla yanaşı, aclıq hissini zəiflətməyə də kömək edə bilər. Yağın əsas komponentlərindən biri olan anetol maddəsinin iştahı yatırıcı təsiri olduğu düşünülür. Bununla belə, bu sahədə aparılan araşdırmalar hələ tam yekunlaşmayıb.
Ürək sağlamlığını dəstəkləyir
Şüyüd liflə zəngin olduğu üçün xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Bu xüsusiyyət ürək-damar xəstəlikləri riskinin azalmasına müsbət təsir göstərir.
Ana südünə təsiri
Şüyüd çayının estrogen hormonunu stimullaşdırdığı və süd istehsalını artıra biləcəyi ehtimal olunur. Lakin həddindən artıq istifadə əks təsir göstərə, körpələrdə həzm və yuxu problemlərinə səbəb ola bilər. Buna görə də ölçüyə diqqət yetirmək vacibdir.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir





