Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.
Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınııb.
Qeyd olunub ki, Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtobus VAZ-2106 markalı minik maşını ilə toqquşub. Qəza zamanı VAZ-ın sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Sərnişin avtobusunda isə yaralı yoxdur.
Sərnişinlər digər mikroavtobusla Bakı şəhərinə yola salınıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.
Milli.Az





