Dünya

"Kəs səsini, kiçik adam!": Mask və Rubio onu alçaltdı

10 Mart 2025 09:01
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Mask və dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə mübahisə ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iş adamı polşalı diplomatı kiçik adam adlandırıb və ondan susmasını tələb edib.

Sikorski qeyd edib ki, "Starlink" peyk rabitə sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən 50 milyon dollara maliyyələşdirilir. Onun sözlərinə görə, "SpaceX" etibarsız təchizatçı olduğunu sübut etsə, Varşava başqalarını axtaracaq.

"Kəs səsini, kiçik adam! Siz xərcin yalnız bir hissəsini ödəyirsiniz. "Starlink"in əvəzi yoxdur", - deyə Mask cavab yazıb.

Rubio mübahisəyə qoşulub və qeyd edib ki, Ukraynanın "Starlink"lə əlaqəsini kəsmək təhlükəsi yoxdur. O, Sikorskidən minnətdarlıq tələb edib.

"Çünki "Starlink" olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı, ruslar isə indi Polşa ilə sərhəddə olardılar", - dövlət katibi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.