Ölkə

İşğaldan azad edilmiş ərazilərdə internetlə təmin edilən evlərin sayı AÇIQLANDI

10 Mart 2025 12:37
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərdə 3500-dən yuxarı ev təsərrüfatında genişzonaqlı internet təmin edilib.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Aztelekom" MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə işlər davam etdirilir. Hazırda magistral kabellərin çəkilişi işləri davam edir.

"Böyük Qayıdış" proqramına uyğun olaraq azad edilmiş ərazilərdə yeni texnologiyaların tətbiqi artıq həyata keçirilib",-deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.