Dünya

İsrail Qəzzaya elektrik verilişini dayandırır

9 Mart 2025 20:27
Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Qəzzaya elektrik verilişini dayandırır.

Milli.Az-ın xəbərinə görə, bunu İsrailin energetika naziri Eli Koen bildirib.

Eli Koen deyib ki, İsrail Elektrik Şəbəkəsinə Qəzzaya elektrik verilişinin dərhal dayandırılması barədə tapşırıq verib.

Nazir qeyd edib ki, HAMAS-ın Qəzzada saxladığı bütün girovların azad buraxılması üçün bütün müvafiq vasitələrdən istifadə edirlər.

Hazırda Qəzzada 59 israilli girovun olduğu ehtimal edilir.

HAMAS İsrailin razılaşmanın ikinci mərhələsinə keçməsini və daimi atəşkəsin təmin olunmasını istəyir. İsrail isə razılaşmanın birinci mərhələsinin uzadılması və bu mərhələdə bütün israilli girovların azadlığa buraxılmasını tələb edir.

Bundan əvvəl İsrail Qəzzaya humanitar yüklərin buraxılışını dayandırıb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.