Rusiya prezidenti Vladimir Putinin oruc tutub-tutmadığı barədə məlumat ictimaiyyətə açıqlanmayacaq.
Milli.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin sualına cavab olaraq bildirib.
Peskov məsələ ilə bağlı düşüncələrini bölüşərək, "Bu, hamı üçün o qədər müqəddəsdir ki, yəqin ki, ictimaiyyətin diqqətinə çatdırılmamalıdır", - deyə qeyd edib.
Qeyd edək ki, pravoslav xristianlığın ən uzun orucu olan Böyük Oruc martın 3-də başlayıb və aprelin 20-də Pasxa bayramı ilə başa çatacaq.
Fidan
Milli.Az