İran

İrandan Türkiyəyə xəbərdarlıq: Onlara fürsət verəcək!

9 Mart 2025 00:09
Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən fövqəladə nazirlər toplantısı çərçivəsində türkiyəli həmkarı ilə görüşən İranın xarici işlər naziri Abbas Arakçı xəbərdarlıq edib ki, Suriyada təhlükəsizlik və qeyri-sabitlik yalnız İsrail rejiminin maraqlarına xidmət edəcək və terrorçulara və ekstremist qruplara azad fəaliyyət üşün fürsət verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, Arakçı Suriyada baş verən son hadisələrə işarə edərək, Suriyanın yeni hakimiyyətinin cəmiyyətin bütün qrup və təbəqələrinin təhlükəsizliyini və həyatını qorumaq üçün məsuliyyət daşıdığını vurğulayıb.

O bildirib ki, İran və Türkiyə arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir və iki qonşu müsəlman ölkəsinin qarşılıqlı maraqlarına əsaslanır. Arakçı ikitərəfli münasibətlərin qorunmasının vacibliyinə toxunub.

Hakan Fidan da İran və Türkiyə arasında ikitərəfli əlaqələri vacib sayıb.

Qeyd edək ki, Latakiyada 6 martda keçmiş prezident Bəşər Əsədin tərəfdarları silahlı üsyana qalxıb və təhlükəsizlik qüvvələrinə hücum edərək, qətllər törədib. Bunun ardınca Suriya ordusu bölgəyə yeridilib, bir neçə kənd və Cəblə şəhəri nəzarətə götürülüb.

Son məlumata görə, hazırda döyüşlər Əsəd tərəfdarlarının doğma şəhəri sayılan Qardahada gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.