İdman

“Onlarla görüşmək istəyəndə Qurban Qurbanova xəbər verirdim” - Mahirin anası

8 Mart 2025 19:46
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mahir "Qarabağ"a gedəndə 17 yaşı var idi, balaca idi. Eşidirdim ki, dostları ilə danışıb məşqdən sonra görüş planlayırdı. O anlarda zəng edirdim Qurban Qurbanova məlumat verirdim".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin və "Nürnberq"in üzvü Mahir Emrelinin anası Elnurə Emreli idman jurnalisti Azər İsmayılın yutub verilişində deyib.

Ulduz futbolçunun anası bildirib ki, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov kiçik yaşlarında Mahirin və digər oyunçuların şəxsi həyatını da nizam-intizamlı saxlayıb.

"Zəng edib hocaya deyirdim ki, "nəsə plan var, bunlar uşaqlarla görüşəcək". O gün məşq bitəndə Qurban Qurbanov deyirdi ki, "Mahir, Coşqun, Elton kim varsa bu gecə bazada qalacaq". Buradan birinci dəfədir eşidirlər. Coşqun da məni bağışlasın, Mahirə görə çox qalıb bazada".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.